Şor Göl (fars. شورگل) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Şor Göl | |
---|---|
38°05′04″ şm. e. 44°50′28″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Milli tərkibi | azərbaycanlılar |
Dini tərkibi | Müsəlman (şiə) |
Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir.[1]
2006-cı il məlumatına görə kənddə 430 nəfər[2] yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir.[3]
Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır.
Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.[4]