Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır[1].
Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür:
Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir.
Udma tutumunda natriumun faizinə görə şorakət torpaqlar aşağıdakı qruplara bölünür:
Həmçinin bu torpaqlar su rejiminə və onunla torpağın əlaqəsinə görə, avtomorf, yarımhidromorf və hidromorf şəraitdə əmələ gələn şorakətlər qrupuna bölünür.
Şorakətləşmiş adi çəmən-boz torpaqlar əsasən Orta Küryanı[2] ovalığın cənubi-qərbindən Qarabağ düzündə və Zərdab rayonları ərazisində mezo və mikro çalalı relyef şəraitinə malik düzənliklərdə əsasən çoxsaylı çayların gətirmə konusları və allüvial çöküntüləri üzərində yovşanlı-taxıllı, yovşanlı-efemerli, şoranlı-efemerli bitki fitosenozları altında quru subtropik iqlim şəraitində formalaşmışlar. Minerallaşmış qrunt suları hesabına orta dərəcədə şorlaşmışlar. Torpaqəmələgətirən allüvial çöküntülər[3] i müxtəlif şorluluq əlamətləri Xəzər dənizinin akkumulyativ çöküntülər üzərində yayıldıqları üçün bu torpaqların uducu kompleksində udulmuş Na kationunun miqdarı digər biogen elementlərinə nisbətən çoxluq təşkil etdiyinə görə və geoxronoloji dövr ərzində Na-lu duzlarla zənginləşmiş qrunt sularının buxarlanması nəticəsində genetik formada şorakətləşmə prosesi intensiv getmişdir. Qranulometrik tərkib etibarı ilə bu torpaqlar gilli və ağırgillicəlidir. Humus yaradıcı bitki qalıqların intensiv çökməsi və onların mikroorqanizmlərin fəaliyyəti nəticəsində humuslaşma prosesinin intensiv getməsi ilə bu torpaqlar humusla orta dərəcədə təmin olunmuşlar (2,1-3,0%).
Kənd təsərrüfatında bu torpaqlar hazırda suvarma şəraitində pambıq, tərəvəz, bostan və yem bitkiləri altında becərilir.
Şorakətləşmiş bərkimiş boz-çəmən torpaqlar Orta Kür[4] depreasiyasında geniş coğrafi yayılma arealına malikdirlər. Bu torpaqların yalnız Mil-Qarabağ düzündə ümumi sahəsi 43568 hektardır. Hazırkı morfoloji-genetik[3] forma kəsb etməsində qrunt suları ilə intensiv nəmlənilmənin rolu böyük olmuşdur. Qrunt sularının dərinlik səviyyəsi 2,5-3,5 m arasında dəyişir ki, buda il ərzində mövsümü xarakter daşıyır. Qrunt suları ilə intensiv nəmlənmə yaz-payız aylarında, bəzən isə mənimsənilən sahələrdə vegetativ suvarma mövsümündə baş verir. Humusla yüksək təmin olunması otlaq-örüşaltı torpaqlarda müşahidə olunur (2,5-3,7%). Əkinaltı torpaqlarda isə humusun və digər qida elementlərinin miqdarı intensiv becərmə ilə əlaqədar xam torpaqlara nisbətən azdır (1,5-2,0%). Orta dərəcədə şorakətləşmə ilə əlaqədar olaraq torpaqların profilinin üst yarımmetrlik qatında bərkimə baş vermişdir. Torpaqların profilinin yarımmetrlik qatından aşağı hissəsində orta dərəcədə şorlaşma baş vermişdir. Yuxarıda göstərilən əlamət və xassələrə əsasən bu torpaqlar şoranvari, şorakətləşmiş, qleyləşmiş və suvarılan cins və növlərə ayrılmışlar.
Aqroistehsalat baxımdan şorakətləşmiş, bərkimiş torpaqlar yüksək karbonatlıdırlar və kənd təsərrüfatında suvarılma şəraitində pambıq, taxıl və yem bitkiləri suvarılmayan xam torpaq növləri isə örüş-otlaq altında istifadə olunur.