Torpaqların təkrar şorakətləşməsi
Şorakətləşmiş torpaqlar meliorasiya üzrə tədqiqat aparan tədqiqatçıların məlumatlarına əsasən (V.R.Volobuev 1965, Q.Z.Əzizov 1999, M. R.Abduyev 2003,) torpaqəmələgətirən süxurların (döşəmə, metamorfik, çöküntü, gətirilib toplanmış, akkumilyativ) suda asan həll olunan və həmin süxurların tərkibində Na, Mg, К, Cl, НСОз, СОз kation və anionların əmələ gətirdikləri duzlar çox olduqda genetik baxımdan formalaşaraq şorakətləşmiş torpaqlar yaranırlar. Bu proses təbii yolla tarixən torpaqəmələgəlmənin ilkin yaranmasından başlayaraq baş verir. Yəni şorakətləşmiş torpaqlar uzun çəkən tarixi dövr ərzində torpaq-əmələgətirən süxurların kimyəvi və fiziki-kimyəvi xassələrindən asılı olaraq genetik baxımdan birdəfəlik formalaşmışlar. Bu proses tədqiqatçıların elmi araşdırmalardan əldə etdiyi nəticələrə əsasən müəyyən edilmişdir.
Təbii yolla yanaşı insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində də torpaqlarda şorakətləşmə əlaməti yaranır ki, buna da törəmə şorakətləşmə deyilir. «Törəmə» şorakətləşmə xam və müəyyən dərəcədə şorlaşmış torpaqların mənimsənilməsi zamanı, daha doğrusu ən çox suvarma tədbirləri həyata keçirildikdə suvarma sularının tərkibində yüksək dərəcədə miqrasiya qabiliyyətinə malik və suda həll olunmuş toksiki duzların tərkibindəki Na kationunun potensialının çox olması və onun torpaqların uducu kompleksinə daha çox daxil olması ilə baş verir.
Yüksək dərəcədə şorlaşmış və şoran torpaqların kənd-təsərrüfatında istifadə dövriyyəsinə daxil etmək üçün su ilə torpağı toksiki duzlardan yuma tədbirləri həyata keçirilir. Torpaqların dənəvər və ya humuslaşmış qatın suda asan həll olunan duzlardan təmizlənməsi üçün yüksək miqdarda suvarma sularından istifadə edilir. Bu vaxtı torpaqlar hərçənd ki, toksiki duzlardan yuyularaq meliorativ cəhətdən yaxşılaşır. Lakin bu halda suda asan həll olunan və tərkibində Na-lu toksik duzların tərkibindəki Na kationu torpağın uducu kompleksindəki Ca kationunu çox hissəsini sıxışdırıb çıxarması və əvəzində onun özünün daxil olması ilə orta və yüksək dərəcədə «törəmə» şorakətləşmiş torpaqlar meydana gəlir. Təkrar və ya «törəmə» yolu ilə orta və yüksək dərəcədə şorakətləşmiş, ya da şorakət xassəsi kəsb etmiş torpaqların yayılması və arealının müəyyənləşdirilməsi bir qədər çətin və müəyyən qədər məsarif tələb edən problemdir. Bu torpaqlar ilк növbədə əvvəllər aparılmış torpaq tədqiqat materiallarının korrektura tədqiqatlarının aparılması ilə müəyyənləşdirilməlidir. Çöl tədqiqatlan irimiqyaslı torpaq-meliorasiya xəritələri əsasında apanlır. Bu halda «törəmə» (təkrar) şorakətləşmə ilə deqradasiyaya məruz qalma ehtimalı daha çox olan ərazilərdə əvvəllər aparılmış tədqiqatlar zamanı qoyulmuş kəsimlərin 45-70% qədərində kəsimlər qoyulur. Həmin kəsimlərdən torpaq-qrunt və su nümunələri ya genetik, ya da şərti qəbul olunmuş qatlar üzrə götürülərək bunlarda kimyəvi analizlər apanlır. Aparılmış analizlər nəticəsində həm suda həll olunan duzların, həm də udulmuş əsasların (Ca, Mg və Na) miqdan təyin edilir. Burada uducu komplekdə udulmuş Na kationunun miqdarına xüsusi diqqət yetirilir.[1]
Torpaqların ekocoğrafi problemləri