Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Diqomi və Didube rayonlarını (Didube-Çuqureti rayonu) birləşdirir.
Şota Şalikaşvili körpüsü | |
---|---|
gürc. შოთა შალიკაშვილის ხიდი | |
41°45′11″ şm. e. 44°46′39″ ş. u. | |
Keçid | avtomobillər və piyadalar üçün |
Üslubu | Aşırımlı |
Material | dəmir-beton |
Açılışı | 1953 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpü Qriqol Robakidze prospektinin girəcəyində yerləşir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır.
Körpüdən yuxarı axar boyunca Mindeli, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir.
İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Didube körpüsü adlanırdı. Çağdaş adı isə ona 1990-cı ildə verilmişdir. Körpü əməkdar mühəndis, fəxri inşaatçı Şota Şalikaşvilinin şərəfinə adlandırılır[1] .
Körpü 1953-cü ildə vaxtı ilə bərə daşımaçılığının yerində inşa edilmişdir. Layihə mühəndis M. Dididze və arxitektor Arçil Kurdiani tərəfindən hazırlanmışdır. Körpü Hərbi Gürcüstan yolunun şəhərə parad girişini təşkil etməsi üçün inşa edilir.
İki aşırımdan ibarət olan, dəmir-beton konstruksiyalı körpüdür. Çay yatağı üzərində olan aşırımın uzunluğu 72 m, sağ sahildə olan aşırımın uzunluğu isə 19 metrdir. Körpü sənət əsəri xüsusiyyəti daşıyır. Köprünün dizaynında bir çox dekorativ elementlər istifadə olunmuşdur: oyma daş elementlər, dəmir məhəccərlər. Köprünün fasadı sarı tüf və boz granit ilə üzlənmişdir.
Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü altı zolaqlıdır.