Qriqol Robakidze

Qriqol Titoviç Robakidze (gürc. გრიგოლ ტიტეს ძე რობაქიძე; 28 oktyabr 188219 noyabr 1962, Cenevrə[1]) — gürcü yazıçısı, publisist və ictimai xadimi; gürcü simvolistlərinin "Mavi buynuzlar" ədəbi qrupunun üzvü.

Qriqol Titoviç Robakidze
gürc. გრიგოლ ტიტეს ძე რობაქიძე
Doğum tarixi 28 oktyabr 1882(1882-10-28)
Vəfat tarixi 19 noyabr 1962(1962-11-19) (80 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, publisist, ictimai xadim, şair
Əsərlərinin dili alman dili
Janrlar poeziya, nəsr, dramaturgiya, publisistika
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qriqol Titoviç Robakidze 1880-ci il oktyabrın 28-də Rusiya imperiyasının eyniadlı quberniyasının Kutaisi qəzasının Svir kəndində anadan olub.

Altı yaşından Kutaisi İlahiyyat Məktəbində, 1895-1901-ci illərdə Kutaisi İlahiyyat Seminariyasında təhsil alıb. Mənəvi təhsil aldıqdan sonra 1901-ci ilin avqustunda Yuryevsk (indiki Tartu) Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Lakin həmin ilin dekabrında təhsil haqqını ödəyə bilmədiyinə görə xaric edilib. Almaniyaya getmiş və 1902-1906-cı illərdə Leypsiq Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır.

1908-ci ildə Rusiya imperiyasına qayıdan Qriqol Robakidze Kutaisi və Tiflisdə gürcü və xarici ədəbiyyatdan kütləvi mühazirələr oxuyur. O, Rusiyanın paytaxtında olub, burada rus şair və yazıçıları ilə tanış olur. Onların arasında Andrey Belıy, Zinaida Gippius, Valeri Bryusov və başqaları var idi. 1910-cu ildə yenidən Tartu Universitetinin hüquq fakültəsinə daxil olur və 1914-cü ilə qədər təhsilini davam etdirir. 1915-ci ildə Gürcüstana dönür.

Robakidze Birinci Dünya müharibəsində iştirak etdi. O, 1917-ci ildə bir neçə ay İran cəbhəsində oldu.[2] Burada birinci həyat yoldaşı olan tibb bacısı Nina Domanskaya ilə tanış oldu, onların Mira adlı bir qızı var idi.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oktyabr inqilabından sonra 1917-ci ildə Robakidze Dövlət İşləri Departamentində çalışmağa başlayır. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. O, 1918-ci ildə Tiflis Dövlət Universitetində gürcü ədəbiyyatı kafedrasına dosent seçilir. 1919-cu ildə isə Qriqol Robakidze Bakı Dövlət Universitetində alman romantizmindən mühazirələr kursu oxumuşdur. 1920-1921-ci illərdə o, yenidən Tiflis Universitetində çalışır.

Yazıçı 1921-ci il fevralın sonunda Gürcüstanda qurulan Sovet hakimiyyətinə loyal yanaşırdı. 1921-1925-ci illərdə Maarif Komissarlığında incəsənət şöbəsinə rəhbərlik etmiş, eyni zamanda Ümumi Gürcüstan Yazıçılar İttifaqının idarə heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. Eyni zamanda bir sıra kitablarını da bu dövrdə yazmışdır. 1930-cu ilə qədər Qriqol Robakidze Gürcüstan SSR-də mövcud olan sovet sisteminə inamını itirdi və 1931-ci ilin martında Almaniyaya getdi. Qısa müddət sonra onun yeni vətənində faşist rejimi quruldu. Mühacirətə getdikdən sonra yazıçı Gürcüstan Yazıçılar Federasiyasının idarə heyətindən xaric edildi. Sovet vətəndaşlığından məhrum edildi və dostları ondan imtina etməyə başladılar. Buna baxmayaraq, Robakidze yaradıcılıqdan əl çəkmir və Almaniyada yeni əsərlərini alman dilində çap etdirirdi.

Robakidze demək olar ki, bütün İkinci Dünya müharibəsini Berlində keçirdi. O, sağçı vətənpərvər mühacir təşkilatlarında - Gürcüstanın Müstəqillik Komitəsində, Gürcü Ənənəçilər İttifaqında və "Tetri Giorgi"nın fəaliyyətində iştirak etmişdir.[3] 1945-ci ilin aprelində İsveçrəyə köçə bildi. Qriqol burada məqalələr və kitablar yazmağa davam etdi.

Qriqol Robakidze 1962-ci il noyabrın 19-da tək Cenevrədə İsveçrə klinikalarından birində vəfat etmiş və Cenevrə qəbiristanlığında dəfn edilmişdir. Sonra onun külünü gürcü diasporu Fransaya, Paris yaxınlığındakı Levil-sür-Orj kommunasında yerləşən gürcü qəbiristanlığına köçürdü.

Tbilisi şəhərində Qriqol Robakidze prospekti
  • Gürcüstanda Qriqol Robakidze adına fond yaradılmış və onun adına universitet açılmışdır.[4] Bu Universitet respublikanın ilk özəl ali məktəblərindən biri idi.
  • Tbilisi Xalqlar Dostluğu prospekti Qriqol Robakidze prospekti adlandırılıb.
  1. 1 2 Deutsche Nationalbibliothek Record #10420124X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "На третьем берегу". 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-26.
  3. "Тетри Гиорги – Белый Георгий". 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-26.
  4. "Университет имени Г. Робакидзе". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]