Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır.
Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır.[1] Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir.[2][3]