Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib.[1]
Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir.
Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub.
Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb.
Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb. Salmond müstəqillikdən sonra Şotlandiyanın canını nüvə silahlarından qurtaracağına söz verib. "Bu axşam mənim tək bir sözüm var: Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz. Sentyabrın 18-də bizim əlimizə belə bir imkan düşəcək. Bu fürsətdən ikiəlli yapışmaq lazımdır", — o deyib.
Müstəqilliyə qarşı çıxan "YOX" kampaniyası leyborist, mühafizəkar və liberal demokratları "Better Together" ("Birlikdə daha yaxşıdır") koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, "YOX" kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15–20%-i hələ tam qərarını verməyib.
İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. "Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər", — o deyib.
Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır.
Seçim | Səslər | % | |
---|---|---|---|
Yox | 2,001,926 | 55.30 | |
Hə | 1,617,989 | 44.70 | |
Qeydə alınan səslər | 3,619,915 | 99.91 | |
Qeydə alınmayan(səhv və ya boş) səslər | 3,429 | 0.09 | |
Ümumi səslər | 3,623,344 | 84.59 | |
Seçici sayı | 4,283,392 | 100 |
Bu təbliğata rəhbərlik edən Şotlandiyanın birinci naziri Aleks Salmond artıq mətbuata öz məğlubiyyətini etiraf edib. Bundan sonra, əsas diqqət rəsmi Londondan daha artıq azadlıq tələb etmək uğrunda siyasi fəaliyyətlər davam edəcək.
Şotlandiya hökuməti və "Hə" kampaniyası Londonu siyasi təzyiq və seçkilərdə saxtalaşma elemeyəni ittiham edib.[2]