Şott (termin)

Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.[1]

  1. Şott (termin) // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.