Şotta yukkası

Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Şotta yukkası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir. Bol çiçəkləməsinə baxmayaraq, meyvə əmələ gətirmə tam başa çatmır. Toxumla, əsasən kök və gövdə pöhrələri ilə çoxaldılır. Bu məqsədlə gövdədə mişarla bir neçə yerdə yarıq açılır. Növbəti ildə həmin hissədən yeni cücərti əmələ gəlir. Toxumla çoxaldılmanın yazda aparılması məqsədyönlüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Həyat müddəti 50 ilə qədərdir. İşıqsevədir, küləyə və zərərvericilərə qaqrşı davamlıdır. Kasıb torpaqlarda da yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəran, Abşeron və Qobustanda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, müxtəlif kompozisiyaların qurulmasında genış istifadə edilir.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 408–409. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8