Şove mağarası

Şove mağarası Cənubi Fransada yerləşir və təsadüfən 18 dekabr 1994-cü ildə kəşf edilmişdir. Karbon testləri nəticəsində məlum olmuşdur ki, dünyada tapılan ən qədim rəsmlər bu mağarada yerləşir. Mağarada mağara ayısı, mamonttüklü kərgədan kimi nəsli kəsilmiş canlıların kəllə sümükləri tapılmışdır. 2014-cü ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir.

Şove mağarası
Grotte Chauvet
Ümumi məlumatlar
Sahəsi
  • 9 ha
  • 1.353 ha
Kəşf tarixi 18 dekabr 1994
Yerləşməsi
44°23′17″ şm. e. 4°24′58″ ş. u.HGYO
Ölkə
culture.gouv.fr/fr/arcna…
Şove mağarası xəritədə
Şove mağarası
Şove mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransanın cənubunda Ardeş çayının vadisində qayaüstü rəsmlərlə zəngin olan Şove mağarası yerləşir. Mağara 1994-cü ildə üç speleoloq tərəfindən kəşf edilib. Onlardan birinin soy adı məhz Şovedir. 2014-cü ildən ümumidünya irs siyahısına daxil edilmişdir. Mağarada yerləşən zalların və qalereyaların ümumi uzunluğu 800 metr, hündürlüyü isə 18 metr təşkil edir. Mağarada 435 müxtəlif heyvanların təsviri aşkar edilib. Mütəxəssislərin fikrincə ən qədim rəsmlərin yaşı təxminən 36 min ildir. Şove mağarısının buz dövründən bəri tədric olunması səbəbindən qayaüstü rəsmlər gözəl vəziyyətdə bu günə kimi saxlanılıb.

Mağara ziyarət üçün bağlıdır. Bu abidənin qorunması üçün edilmişdir. 2015-ci ildən etibarən Şove mağarasının surəti fəaliyyətə başlamış və turistlər üçün açıq elan edilmişdir.

  1. 1 2 base Mérimée (fr.). ministère de la Culture, 1978.