Şozo İşiyama

Şozo İşiyama (石山正三, İşiyama Şozo?, 23 fevral 1914, Tokio14 noyabr 1973)Yaponiya ədəbiyyatşünası, dilçisi və tərcüməçisi. Rus diliniədəbiyyatını tədqiq etmişdir.

Şozo İşiyama
yap. 石山正三
Doğum tarixi 23 fevral 1914(1914-02-23)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1973(1973-11-14) (59 yaşında)
Vətəndaşlığı
Təhsili
  • Tokio Xarici Tədqiqatlar Universiteti[d]
Fəaliyyəti dilçi

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

1914-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] 1940-cı ildə Tokio Xarici Dillər Məktəbinin rus dili kursunu bitirmişdir. 1941-ci ildə həmin yerdə assistent-professor kimi işləməyə başlamışdır. Daha sonra Tokio Xarici Tədqiqatlar Universitetinin professoru olmuşdur. "Öz-özünə sadə rus dilini öyrənmək" adlı orijinal və populyar kitabın müəllifi olmuşdur. Nikolay Dobrolyubovun "Qaranlıq səltənətdə işıq şüası" əsərini və Nikolay Çernışevskinin əsərlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Lev Tolstoyun yaradıcılığını tədqiq edərək "Tolstoy haqqında traktat" əsərini yazmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 414–415. İstifadə tarixi: 3 sentyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]