Şteyner qurmaları

Şteyner qurmaları — müstəvi üzərində, təkcə, xətkeşlə yerinə yetirilən həndəsi qurmalardır(birtərəfli, riyazi xətkeşlə).

Şteyner qurmaları, əsasən, İsveçrə riyaziyyatçısı Y. Şteyner tərəfindən araşdırılmışdır.

Şteyner isbat etmişdir ki, əgər müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, müstəvi üzərində pərgar və xətkeşlə həll oluna bilən istənilən qurma məsələsini təkcə xətkeşlə həll etmək olar. Şteyner qurmaları proyektiv xarakter daşıyır.

1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.

2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.