Şuşa şəhəri və Şuşa qəzasının oçerki

Şuşa şəhəri və Şuşa qəzasının oçerki (rus. Очерк города Шуши и Шушинского уезда) — Topluda şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumatlar yer alıb.

Şuşa şəhəri və Şuşa qəzasının oçerki
rus. Очерк города Шуши и Шушинского уезда
Janr Oçerk
Orijinalın dili rus.
Ölkələr Rusiya İmperiyası Rusiya imperiyası
Orijinalın nəşr ili 1873

Haqqında[redaktə | mənbəni redaktə et]

1873-cü ildə K.Nikitin tərəfindən tərtib edilərək nəşr edilən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı əsər Şuşa şəhərinin tarixi ilə bağlı dəyərli mənbədir. Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır. Oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biri hesab edilir.[1] Cəmi 30 səhifəlik kitabçada Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Kitabça rum rəqəmi ilə qeyd olunmuş 2 hissədən və ayrı-ayrı başlıqlar formasında təqdim edilən bölmələrdən ibarətdir.

İlk hissə “Tarixi oçerk” adlanır və orada Şuşanın tarixinə qısaca nəzər salınır. İkinci hissə əsasən Şuşanın coğrafiyası və iqtisadiyyatına həsr olunub. Bu hissədə Şuşa dağlarının mənşəyinə dair Frederik Dübua de Monperyönün fikirləri, onun forma və hündürlüyü, şəhərin ərazisi və onun ətrafı, iqlimi, şəhərin əhalisi, şəhər sakinlərinin məşğuliyyəti, su çatışmamazlığı kimi maraqlı məlumatlar verilir. Daha sonra Şuşa qəzasının təsviri adlı xüsusi başlıq təqdim olunur. Bu hissədə Şuşa qəzasının yerləşmə yeri, hansı əraziləri əhatə etməsi, ərazisini suvaran çaylar, çay vadiləri, dağları, xüsusiyyətlərinə görə üç zolağa - Küryanı, Daxili və Arazyanı zolağa ayrılan düzən əraziləri, Mil düzünün qədim görünüşdə ideal təsviri kimi mövzulara toxunulur. Əsərin sonlarında isə Şuşa qəzasını əhalisi, daxili və xarici ticarəti, Qarabağ atları, Şuşanın mineral bulaqları barədə dəyərli materiallar oxuculara təqdim olunur.

Əsər 2022-ci ildə Elnur NəciyevGünay Nəciyeva tərəfindən ruscadan Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Mənbənin tərcüməsinə edilən şərhlərin və tədqiqatın nəticələrini əks etdirən bölmənin müəllifi də E.Nəciyev və G.Nəciyevadır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qafqazın dumanlı Albionu, ermənilərin azərbaycanlılardan 5 əsr sonra gəldiyi Şuşa". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  2. K.A.Nikitin. Şuşa şəhəri və Şuşa qəzasının oçerki (Ruscadan tərcümə, mənbənin tədqiqinin nəticəsi və şərhlərin müəllifi Elnur Nəciyev və Günay Nəciyeva), Bakı: “Turxan” NPB, 2022. – 84 səh.