Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli KitabxanasıAzərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır.

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası
M.F.Axundov adına Milli Kitabxana
M.F.Axundov adına Milli Kitabxana
Xəritə
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi Milli Kitabxana
Yaradılıb 23 may 1923
Ünvan Bakı şəhəri, Xaqani küçəsi, 29
Telefon Tel: (+994 12) 4934003
Fax: (+994 12) 4980822
Digər məlumatlar
Direktor Kərim Tahirov
İşçi sayı 339
Sayt anl.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın ən böyük kitabxanası olaraq QafqazdaAvropada ən böyük milli kitabxanalardan biridir.[1] Kitabxananın ümumi fondunda mühafizə olunan sənədlərin sayı təqribən 5 milyon nüsxəyə yaxındır.[2]

1923–2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda cəmi 1000 adda Azərbaycan dilində qəzet (bunlardan 182 adda rayon qəzeti – regional mətbuat), 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal mövcud olduğu müəyyənləşdirilmişdir.[3]

Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.[1]

Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.[4]

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları (1917–1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

Kitabxananın binası

[redaktə | mənbəni redaktə et]

Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binası 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuşdur[5]. Binanın layihəsi tanınmış memar Mikayıl Hüseynova məxsusdur. Binanın yerinin seçilməsində və tikilməsində yazıçı Süleyman Rəhimovun böyük xidməti olmuşdur.

Kitabxananın strukturu

[redaktə | mənbəni redaktə et]
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır.

Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

2004-ci ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusu verilmişdir.

"Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya gələnlərin sayı isə 245000 nəfərə çatmışdır.

İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.

Artıq kitabxananın "Kitabxana siyasəti və metodik rəhbərlik" şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.

2006-cı ildə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada aşağıdakı yeni şöbələr açılmışdır:

  • "Kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyaları";
  • "Elektron informasiya xidməti";
  • "Elektron resurslarının yaradılması";
  • "Kitabxana işçilərinin təlim və tədris mərkəzi".

2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxananın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümümdünya layihələrində iştirakına real imkanlar yaradacaq.

Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir. Avropa kitabxanalarının vahid bir sistemdə birləşdirilməsi, ümumavropa elektron kitabxanasının yaranmasına imkan yaradacaqdır.

  1. 1 2 "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixindən". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-14.
  2. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. İlin yekunları (2021-ci il üçün) Arxivləşdirilib 2023-06-03 at the Wayback Machine
  3. "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  4. Milli Kitabxana milli mədəniyyət xəzinəsidir[ölü keçid]
  5. Mədəniyyət TV. "Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasından 100 il ötür" (az.). Youtube.com. 24.05.2023. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]