Şuşa Rus-Azərbaycan məktəbi

Şuşa rus-azərbaycan məktəbiŞuşada üçüncü dərəcəli xüsusi oğlan məktəbi. Məktəbin əsası 1893-cü ildə Camal bəy Fətəlibəyov tərəfindən qoyulmuşdur.[1]

Şuşa Rus-Azərbaycan məktəbi
Əsası qoyulub 1893
Direktor Camal bəy Fətəliyev
Şəhər Şuşa

Camal bəy Fətəlibəyov Qori müəllimlər seminarıyasının məzunu olmuşdur. Xalq arasında Camal bəyə hörmək yüksək olduğundan məktəbi bəzən "Camal bəyin məktəbi" adlandırırdılar. Məktəb üçün ayrıca tikili olmadığından 60 manat kirayə haqqı ödənilməklə Adigözəlovlar ailəsinin evində yerləşirdi.1893-cü ildə 25,1895-ci ildə 60. 1896-cı ildə 80 şagird təhsil alırdı və bu dövrə görə kifayət qədər yüksək nəticə hesab olunurdu. Tələbələrdən alınan təhsil haqqı hesabına məktəb idarə olunurdu. Maddi vəziyyəti aşağı olanlar isə təhsil haqqından azad olunurdu. Məktəbdə tədris müvafiq olaraq iki dildə, azərbaycan və rus dillərində aparılırdı. Bu məktəbdə oxunalar şəhər və realnı məktəbinə daxil ola bilirdilər. Camal bəy Fətəliyevdən sonra 1896-cı ildə məktəbin direktoru vəzifəsini Səməd bəy Ağayev yerinə yetirmişdir.

Tədris olunan fənlər

[redaktə | mənbəni redaktə et]
  • Ana dili
  • Rus dili
  • Riyaziyyat
  • Rəsmxətt
  • Nəğmə
  1. "Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı" (PDF). Azərbaycan Milli Kİtabxanası. 2022-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25.09.2022.

Çingizoğlu Ənvər, Qarabağda maarif: 1750–1950, Zərdabi LTD MMC,2013