Bu məqalə qaralama halındadır. |
Adıgözəlovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Adıgözəlovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Adıgözəl bəy Təklə |
Qohum soylar | İmamqulubəyovlar |
Mənşəyi | Qarabağ, Ağcabədi |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Qaradolaq |
Bu soyun ulu babası Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan Irana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə etmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.
Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.
Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, Ibiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.