Şulqi (şum. 𒀭𒂄𒄀; v. təq. e.ə. 2045[1]) — təxminən e.ə. 2094–2046-cı illərdə hakimiyyətdə olmuş, üçüncü Ur sülaləsindən Ur çarı, Şumer və Akkad çarı. Əvvəllər onun adı Dunqi kimi oxunurdu, lakin indiki dövrdə bu transkripsiyadan istifadə edilmir.
Şulqi | |
---|---|
e.ə. 2094 – 2046 | |
Əvvəlki | Ur-Nammu |
Sonrakı | Amar-Suen |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | təq. e.ə. 2045[1] |
Dəfn yeri |
|
Fəaliyyəti | suveren[d] |
Ailəsi | Üçüncü Ur sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Şulqi Ur-Nammunun oğludur. Ur çarlarının annalları daha sonrakı dövrlərdə, Selevki padşahı II Antioxun hakimiyyəti dövründə bir tələbə tərəfindən köçürülmüş və çox zəif qorunmuş nüsxəsində verilən məlumata görə, Şulqi çar Utuxenqalın qızının oğlu idi.[2]
Şulqi hakimiyyətdə olduğu müddətdə dövləti davamlı və ardıcıl olaraq gücləndirmiş və genişləndirmiş, atasının dövründə başlanan tikililərin tikintisini tamamlatdırmışdır. Arxeoloqlar üzərində Ur-Nammunun möhürü olan yerlərdə Şulqinin möhürü olan kərpiclər tapırlar. Atası kimi Şulqi də təkcə Urda yox, həmçinin Şumerin digər şəhərlərində də məbədlər ucaltmışdır.[3]