Şuxrat Salamov və ya Şuxrat Barlas[1] (tam adı Salamov Şuxrat Nasıroviç[2]) — məşhur özbək tarixçisi və tədqiqatçısı[3].
Şuxrat Salamov |
---|
Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir[1]. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir[4].