Suyak adası (ing. Shuyak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir.
Suyak adası | |
---|---|
ing. Shuyak Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 168,3 km² |
Uzunluğu |
|
Eni | 15 km |
Əhalisi | 4 nəfər (2000-ci il) |
Yerləşməsi | |
58°31′31″ şm. e. 152°30′17″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
Afoqnak adasının şimalında (ondan ensiz Şuyak boğazı ilə ayrılır) yerləşir. Kuk körfəzi Stivenson keçidi Şuyakı Barren adalarını şimaldan ayırır. Adaya ilk dəfə 1785-ci ildə rus səyyahı Qriqori Şelixov tərəfindən ad verilmişdir.
Adanın sahəsi 168,3 km²-dir[1]. 2000-ci il siyahıyaalınmasına əsasən, əhalisi 4 nəfərdir[2]. Ərazinin böyük hissəsini Şuyak adası Dövlət Parkı tutur[3]. Adanın iqtisadiyyatı turizmə əsaslanır. Əvvəllər Şuyakda böyük balıq emalı zavodu yerləşirdi[4].