Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb.
Škoda Auto | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi[1] |
Məhsulları | avtomobil[2], Skoda Octavia[1], Škoda Superb[1] |
Təsis tarixi | 17 dekabr 1895, 20 noyabr 1990[3] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Volkswagen AG[1] |
skoda-auto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir.
Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi.
1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar. Bir neçə il sonra 1899-cu ildə Laurin & Klement Co. motosiklet istehsalına başladı və qısa müddətdə bir neçə yarışda qalib gəldi. Əsrin əvvəllərindəki ilk sınaqlardan sonra motosikl istehsalı tədricən 1905-ci ildən bəri avtomobil istehsalına keçdi.
Motosikletlər kimi, ilk Laurin & Klement avtomobili olan “Voiturette A” modeli uğurlu oldu və zamanla klassik bir Çex maşını oldu. Tezliklə inkişaf etməkdə olan beynəlxalq avtomobil bazarında şirkət üçün balanslı bir mövqe qurdu və şirkətin geniş miqyasda fəaliyyət göstərməsinə imkan verdi. İstehsal həcmi artdı və qısa müddətdə fərdi bir müəssisənin potensialını üstələdi. 1907-ci ildə şirkətin qurucuları bir səhmdar cəmiyyətinə çevrilmə prosesinə başladılar. Škoda əməliyyatlarının beynəlxalq xarakteri getdikcə daha vacib hala gəldi. İstehsal sahələri daim genişləndirildi və 1914-cü ildən sonra Škoda silahlı qüvvələr üçün istehsalata başladı. 1920-ci illərdə, ölkənin iqtisadi inkişafı ilə əlaqədar olaraq müxtəlif növ minik avtomobilləri, yük maşınları, avtobuslar, təyyarə mühərrikləri və kənd təsərrüfatı maşınları istehsal edən şirkəti gücləndirmək və modernləşdirmək üçün güclü bir sənaye ortağı ilə ortaqlığın qurulması zərurətə çevrildi.
1925-ci ildə Pilsen Škoda Co. şirkət ilə birləşmə başa çatdı və Laurin & Klement markası tarixə qarışdı. 1930-cu illərin əvvəllərində avtomobil bölməsi Škoda Group- un tərkibində ayrı bir səhmdar cəmiyyəti halına gətirildi. Böhrandan sonra şirkət, “Škoda Popular” modeli ilə bir sıçrayış etdi.
1939-1945-ci illər arasında Alman işğalı şirkətin tarixində əhəmiyyətli bir fasilə yaratdı və şirkət Alman İmperiyasının sənaye quruluşuna daxil edildi. Mülki istehsal proqramı dərhal məhdudlaşdırıldı və istehsal Alman ordusunun tələblərinə yönəldildi. Müharibə bitdikdən dərhal sonra başlayan genişmiqyaslı milliləşdirmə prosesi zamanı, 1946-cı ildə şirkət ictimai bir təşkilata çevrildi və AZNP olaraq dəyişdirildi. İqtisadi və siyasi dəyişikliklər dövründə şirkət yeganə minik avtomobili istehsalçısı oldu.
Ənənəvi istehsal proseslərinə və keçmiş nailiyyətlərə uyğun olaraq, Çexoslovakiya iqtisadiyyatı, planlı iqtisadiyyatın və sosializm dövründən sonra son dərəcə sürətli böyümənin gətirdiyi dəyişikliklərlə yüksək bir standart əldə etdi. Bu standart yalnız 1960-cı illərin sonlarında, qərb dünyasında yeni texnologiyalar inkişaf etməyə başladığı zaman soruşulmağa başladı. 1970-ci illərdəki iqtisadi tənəzzül, şirkətin Şərqi Avropa bazarında liderliyinə baxmayaraq Mladá Boleslavdan olan avtomobil istehsalçısını da təsir etmişdi. 1987-ci ildə Škoda Favorit modelinin istehsalına başlanması ilə istehsal yenidən artırıldı.
1989-cu ildəki siyasi dəyişikliklərdən sonra, yeni iqtisadi şərtlərə uyğun olaraq, Çexoslovakiya Respublikası Hökuməti və Škoda, təcrübələri və şirkətə uzun müddətə beynəlxalq rəqabət gücü verəcək sərmayələri ilə güclü bir xarici tərəfdaş axtardılar. 1990-cı ilin dekabrında hökumət Alman Volkswagen Group-u ilə iş birliyinə qərar verdi. 16 aprel 1991-ci ildə Škoda-Volkswagen birgə müəssisəsi Škoda automobilova a.s və Volkswagen Group-u daxilində VW, Audi və SEAT markalarından sonra dördüncü marka oldu.
Škoda Global - https://www.skoda-auto.com/ Škoda Azərbaycan - http://skoda.az/