Volkswagen AG — alman avtomobil konserni (şirkətlər qrupu). Şirkətin baş ofisi Volfsburqda yerləşir. Şirkət Volkswagen markasının adını daşıyır (tərcüməsi — "xalq maşını"). Bəzi Alman dilli mənbələrdə rəsmi addan əlavə, bəzən İngilis dilli mənbələrdə — Volkswagen Konzern, Volkswagen Qrupu, bəzən VW Qrupu və ya sadəcə VAG olaraq xatırlanır.
Volkswagen AG | |
---|---|
Volkswagen Aktiengesellschaft | |
Ümumi məlumatlar | |
Tipi | Səhmdar cəmiyyəti |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | avtomobil, Yük maşını, Furqon, Motosiklet |
Təsis tarixi | 1937 |
Baş qərargahın yeri | Almaniya: Volfsburq |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Audi[3], Lamborghini, Bentley, MAN, SEAT S.A., Škoda Auto, Porsche, Volkswagen |
Rəhbərlik | |
Təsisçi | Alman əmək cəbhəsi |
volkswagenag.com volkswagenag.com/de.html volkswagenag.com/en.html |
|
Vikianbarda əlaqəli mediafayllar |
Volkswagen, avtomobil istehsalı və əlaqəli xidmətlər istehsalı ilə məşğul olan 342 şirkətdən ibarətdir. 2011-ci ilin sentyabr ayına olan məlumata görə, Porsche Automobil Holding SE (həmçinin Porsche SE kimi də tanınır) Volkswagen AG-nin səsvermə səhmlərinin 50,73% -nə sahibdir. Öz növbəsində, Volkswagen AG aralıq holdinq şirkəti Porsche Zwischenholding GmbH-nin 49,9% -i (qalan 50,1% birbaşa Porsche SE-yə məxsusdur), Porsche Zwischenholding GmbH isə nüfuzlu avtomobillər istehsalçısı Porsche AG-nin 100% səhmlərinə sahibdir.