Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü.
Əşrəf Heybətov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
Azərbaycan Almaniya |
Fəaliyyəti | rəssam |
Mükafatları |
|
18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur.
1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır.
1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür.
"Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.[1]
Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir etmişdir, lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə etmişdir:
"Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur".
2023-cü ildə rəssamın "Bizim Şuşa" adlı albomu işıq üzü görüb[2].