Əşya surəti

Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir[1]. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". [2] Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir.

Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir.Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz,Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan , quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A.Şaiqin "Köç" hekayəsində Qızıl it və s. Azərbaycan ədəbiyyatında heyvan surətlərinin səciyyəvi nümunələridir.

Xalq dastanları və nağıllarında belə surətlər yardımçı qüvvələr adlanır.

Təbiət surəti, bədii əsərdə müəyyən bir yerin, ölkənin təsvirinə-sözlə, şəklinin çəkilməsinə peyzaj deyilir. Peyzaj fransız sözü olub, ölkə, məkan, yer mənasını ifadə edir. Söz sənətkarı peyzajı məqsədsiz, ancaq gözəllik xatirinə yaratmır,onu əsərin ideyası ilə hadisənin gedişi əlaqələndirilir. Bədii əsərdə yaradılan təbiət obrazı-peyzaj insan obrazını tamamlayır. Belə ki insan təbiətdə yaşayır və fəaliyyət göstərir. Bu cəhətdən də sənətkar bu və ya digər surəti yaradarkən onun yaşadığı yeri, mühiti, şəraiti yaddan çıxartmır, onları təsvir etməklə insan surətini bu və ya digər cəhətdən tamamlayır. Abdulla Şaiqin "köç" əsəri, Abbas Səhhətin "yay səhəri", Mikayıl Müşviqin "Yağış", Maksim Qorkinin "Səhər" əsərləri təbiət surətinə misal ola bilər.

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Mikayılov Şəmistan Abdul oğlu. Ədəbiyyat nəzəriyyəsi. Bakı.2000
  2. S. Sani Axundov. Qaraca qız adlı hekayəsi