Ağ atlı oğlan tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi-vətənpərvərlik filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar Mustafayeva və Elxan Quliyev ifa edirlər.
Ağ atlı oğlan | |
---|---|
Fayl:Ağ atlı oğlan (film, 1995)(kollaj).jpg | |
Janr |
dram döyüş müharibə uşaq |
Rejissorlar | Ənvər Əbluc |
Ssenari müəllifləri |
İsi Məlikzadə Ənvər Əbluc |
Baş rollarda |
Abbasqulu Əbluc Sədayə Mustafayeva Orxan Nadirov Yaşar Nuri Ruslan Nəsirov Dilarə Nəzərova Səidə Səfərova Xumar Əhədova Laləzar Mustafayeva Elxan Quliyev |
Operatorlar |
Rafiq Əliyev Rövşən Quliyev |
Bəstəkar | Oqtay Rəcəbov |
Rəssam | Nizami Bəydəmirov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 1995 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 64 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1995 |
Texniki məlumatlar |
7 hissə 1890 metr |
IMDb | ID4265750 |
Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.[1]
Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...[1]
Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.[1]
Rejissor: Ənvər Əbluc
Ssenarist: İsi Məlikzadə, Ənvər Əbluc
Operator: Rafiq Əliyev, Rövşən Quliyev
Rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Oqtay Rəcəbov
Abbasqulu Əbluc — Murad
Sədayə Mustafayeva — Mirvari nənə
Orxan Nadirov — Rəşad
Yaşar Nuri — Əbdül
Ruslan Nəsirov — Cəfər
Dilarə Nəzərova — Səidə
Səidə Səfərova — Günay
Xumar Əhədova — Xumar
Laləzar Mustafayeva — Şəhla
Elxan Quliyev — Şahin
Məzahir Ağayev — komandir
N. Axundov - İmran
Vaqif Əliyev - erməni
Lətifə Əliyeva - Əsgər anası (titrlərdə yoxdur)
A. Vəliyev
Ə. Vəliyev
T. Şirzadova
Fərəc Fərəcov (aktyor) - erməni əsgər
Elxan Abbasov
Rafiq İbrahimov - Polis işçisi
Muxtar Əzizbəyov
İ. Əsgəroğlu
Firuz Xudaverdiyev - Kənd sakini (titrlərdə yoxdur)
Filmi səsləndirənlər:
Zərnigar Ağakişiyeva - Mirvari nənə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Rasim Balayev - Əbdül (Yaşar Nuri) (titrlərdə yoxdur)
Sona Mikayılova - Səidə (Dilarə Nəzərova) (titrlərdə yoxdur)
Səidə Quliyeva - Şəhla (Laləzar Mustafayeva) (titrlərdə yoxdur)
Hacı İsmayılov - Şahin (Elxan Quliyev) (titrlərdə yoxdur)
Ənvər Əbluc - Komandir (Məzahir Ağayev) (titrlərdə yoxdur)
Vahid Əliyev (aktyor) - Tədbirdə şeir söyləyəm (titrlərdə yoxdur)
Məmmədkamal Kazımov - Kənd sakini (titrlərdə yoxdur)
Ötkəm İsgəndərov - Malik (titrlərdə yoxdur)
Azərbaycan filmlərinin siyahısı
1995-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı