Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əliyev Əbülfət Mədət oğlu (1 yanvar 1959, Tuğ, Hadrut rayonu) - şair, publisist.
ƏBÜLFƏT MƏDƏTOĞLU | |
---|---|
Əbülfət Mədət oğlu Əliyev | |
Doğum tarixi | 1 yanvar 1959 (65 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | publisist |
Mükafatları |
Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. 1966-1976 cı illərdə Tuğ kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləmişdir. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1980-1986). Eyni zamanda həmin dövürdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.
"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adı verilmişdir. Eyni zamanda "Qızıl qələm", "Şahmar Əkbərzadə","Məmməd Araz", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" və "Media Açarı" mükafatlarına layiq görülmüşdür. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu "Kəndim" və "Şorbulaq" şeirləri "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən"(Bakı,Tehran),"Yüreyimdeki sensin" (Ankara),"Ağacların şarkısını yapraklar okuyor" (İstanbul), "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var", "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza","Bir qadına" şeir kitabları və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam","Sözə ünvanlanmış 15 məktub", "İç dünyamın adamları","Mərhəmət və xeyirxahlığa QABİL insan", "Qovuşan ulduzların nağılı", "Bir ömürdən səhifələr" sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkarlar Xanım İsmayılqızı, Razim Paşayev, Zəka Vilayətoğlu, İqbal Ağayev musiqilər bəstələyiblər. Həmin bəstələri Xalq Artisti Yalçın Rzazadə, Səyyad Əlizadə, Zəka Vilayətoğlu və başqaları ifa ediblər. Onun yaradıcılığı barəsində qüdrətli söz adamları Xalq şairləri Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub, Xalq yazıçısı Elçin, akad Nizami Cəfərov, Nahid Hacızadə, Vaqif Nəsib,Seyran Səxavət, Nemət Veysəlli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Nərgiz Cabbarlı, Barat Vüsal, Flora Xəlilzadə, Şəfəq Nasir, Kəmalə Abıyeva, Ağacəfər Həsənli, Rafael Tağızadə, Zakir Fəxri, prof Esmira Fuad, prof Akif Əli, prof Vaqif Yusifli, prof Rüstəm Kamal, prof Rafiq Yusifoğlu, tanınmış elm adamları Qurban Bayramov, Allahverdi Eminov və başqaları dəyərli fikir söyləyiblər. Ailəlidir 3 övladı, 3 nəvəsi var.