Əbülfəz Məmmədov

Əbülfəz Vəli oğlu Məmmədov (21 avqust 1989; Güznüt, Naxçıvan MSSR14 dekabr 2011; Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Əbülfəz Məmmədov
Şəxsi məlumatlar
Doğum adı Əbülfəz Vəli oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Bakı şəhəri, Azərbaycan
Dəfn yeri Babək rayonu, Güznüt
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Vəli Məmmədov
Anası Xanım Məmmədova
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2007—2011
Rütbə Leytenant
Vəzifəsi Tağım komandiri
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbülfəz Məmmədov 21 avqust 1989-cu il Naxçıvan muxtar respublikası Babək rayonun Güznüt kəndində anadan olub. 1996-cı ildə Nəcəf Həsənov adına Güznüt kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2004-cü ildən etibarən təhsilini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmişdir. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olan Əbülfəz Məmmədov 2011-ci ildə akademiyanı bitirdikdən sonra leytenant hərbi rütbəsi verilir təlim tədris mərkəzində tağım komandiri kimi xidmətə başlayır. Elə həmin ilin dekabr ayının 14-ü dəm qazı zəhərlənməsindən cavan yaşında vəfat etmişdir.

Kitabı[redaktə | mənbəni redaktə et]

Əbülfəzdən yeganə qalan Cib Dəftərim adlı kitabı ölümündən sonra işıq üzü görüb.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]