Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Güznüt | |
---|---|
39°07′39″ şm. e. 45°31′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 883 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 1474 | 712 | 762 |
2009[5] | ↗1698 | ↗832 | ↗866 |
Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Kənddə Güznüt kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
1986–1992-ci illərdə kənd ağsaqqalları və kəndin məşhur memarı Mirzəmməd Ələsgər oğlu Nağıyev (1928–1993) və Cabbar Salman oğlu Quliyev (1935–1992) tərəfindən kəndin yeganə ibadət yeri olan məscid tikilmişdir.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.