Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur.
Əbülfəz Muxtaroğlu | |
---|---|
Qulıyev Əbülfəz Muxtar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Zərnətün |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Ali |
İxtisası | Azərbaycan dili və ədəbiyyatı |
Fəaliyyəti | yazıçı |
1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır.