Zərnətün

Zərnətün - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində XX əsrin 50-ci illərinə qədər mövcud olmuş tarixi kənd.

Zərnətün
39°28′59″ şm. e. 45°45′15″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şahbuz rayonu
Xəritəni göstər/gizlə
Zərnətün xəritədə
Zərnətün
Zərnətün

Tarixi və tarixi-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Naxçıvandan Batabat yaylağına doğru hərəkət edərkən gözəlliklərlə dolu səfalı təbiəti ilə Zərnətün yolun solundan, Hunzirək-Xınzirək kəndi isə yolun sağında qalır. Bu yurd yerlərinin yerləşdiyi mövqe, insanların məskunlaşması üçün əlverişli təbii-coğrafi şərait burada tarixən insanların məskunlaşmasına şərait yaratmışdır. Zərnətün həm də Kolanı türk tayfalarının Naxçıvanda məskunlaşdığı yurd yerlərimizdən biri olmuşdur. AMEA-nın müxbir üzvü, mərhum alim Adil Bağırovun yazdığına görə, hətta XIX əsrin ikinci yarısında qonşu kəndlərdən, xüsusilə Biçənəkdən bir sıra ailələr qonşu Zərnətün və Xınzirək kəndlərinə köçmüşdür.

XX əsrin 50-ci illərində 30-35 evdən ibarət olan Zərnətün kəndi uca dağların qoynunda yerləşirdi. Bu kənddən baxanda Batabat gölləri ovuc içi kimi görünür. Kənd ərazisində mövcud olmuş əsas bulaqlar Tamam bulağı, Qaya bulağı, Qamışlı bulağıdır.

XX əsrin 50-ci illərinin sonlarında kənd baxımsız vəziyyətdə qalmış, sonralar Qaqanoviç adına Zərnətün kolxozu Biçənək kəndindəki "Qırmızı Oktyabr" kolxozu ilə birləşdirilmişdir. Bundan sonra isə zərnətünlülər Biçənəyə, Məzrəyəyə, Vayxıraa, hətta Bərdə rayonunun Qaraqoyunlu kəndinə köç etmişlər.[1]

1966-cı ildə Zərnətün çayında baş verən dağıdıcı sel yeni tikilmiş beton körpünü dağıtmış və onun bütövlükdə Naxçıvançay dərəsinə qədər daşınmışdır.[2]

Kənddə əsasən türk tayfaları tarixən məskunlaşmışlar. Kolanılılar, qədimlilər, quluuşağı, paşauşağı elləri bu yurd yerini özlərinə məskən seçmişdilər.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Misirxan İsayev - Naxçıvan Muxtar Respublikasında sovet dövründə tanınmış balaban ustası, el sənətkarı
  • İman Quliyev - Naxçıvan Muxtar Respublikasında sovet dövründə tanınmış tulum ifaçısı, el sənətkarı
  • Əbülfəz Muxtaroğlu - tanınmış dialektoloq-alim, şair
  • Qaçay Quliyev- Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini olmuş, polis general-mayoru
  • Nizami İsayev- polis mayoru
  1. "Kəlbizadə E. Orda bir kənd var. "Şərq qapısı" qəzeti - 20.09.2016-ci il". 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-03.
  2. Материалы по гидрографии СССР. Том III, часть 2. Бассейн Кавказа, Басейн р. Аракс. Под ред С.Г.Рустамова и Е.А. Смирновой. Баку, 1955, 488 с