Əbulfəzl Məhəmməd bin Hüseyn Beyhəki (995-1077) — tarixçi.
Əbülfəzl Beyhəki | |
---|---|
fars. ابوالفضل محمد بن حسین بیهقی | |
Doğum tarixi | 995[1] və ya 996 |
Vəfat tarixi | 21 sentyabr 1077[2] |
Vəfat yeri | |
Təhsili |
Əbulfəzl Beyhəqi 995-ci ildə Xorasanın cənubi-şərqində olan Beyhəqın Harisabad qəsəbəsində dünyaya gəlmişdi. Yaşamının ilk illərində Nişapurda quran, hədis və ərəb ədəbiyatı öyrəndi və orada fazıl şəxslərlə birlikdə oldu.
“Beyhəq tarixi” yazan İbn Funduk, Əbulfəzl Beyhəqidən 93 il sonra təlif etdiyi kitabında Əbulfəzl haqqında belə deyir: “Saysız hadisələr eşitdi, vaxtı gələndə onları qələmə aldı. Ayrıca ərəbcə şeirləri vardı.İyirmi yeddi yaşında, Mahmud və Məsudun sarayında Rəsail Divanı rəisi olan Xacə Əbunəsr Mişkanın şagirdi oldu. Müəllimi Əbunəsrın ölümündən sonra daha yüksək bir dərəcəyə çatmasını yaşının kiçik olması əngəllədi. Eyni məqamda və Əbusəhl Zuzəni ilə birlikdə çalışdı. Sultanın və vəzir Əbdüssəmədin xidmətində tam bir təvəccüh və inayət ilə yaşayırdı.[3] İzzüddövlə Sultan Əbdürrəşid zamanında nemət kafiri Toğrul baş qaldırdı. Sultanın əleyhinə üsyan edib, onu öldürdü. Yaxınları və tərəfdarlarını zindana atdı. Amma bu iş uzun sürmədi. Qırx gün sonra Sultan Fərruxzad Toğrulu öldürdü və bütün məhkümları sərbəst buraxdı. Beyhəqi buraxılanlardan biriydi. Sərbəst qalınca inzivaya çəkildi. Qalan ömrünü evində oxumaq və yazmaqla keçirdi. Beyhəqinin tarix kitabından başqa kitabları da var. Bunlar, “Zinətül-Küttab” və “Məqamat-i Əbunəsr Mişan”dır. Doktor Əliəkbər Fəyyaz, “Tarix-i Beyhəqi”nin müqəddiməsində: “Tehranda Hacı Hüseyn aga Məlik kitabxanasında olan bir əlyazma məcmuədə Beyhəqiyə aid yazılı bəzi lügətlərin şərhini əks etdirən bir neçə vərəq var. Yəqin Zinətül-Küttabdandır” deyir. (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, “Mukaddimə”, Z.) Beyhəqi, siyasətçi, tarixçi və ədib idi. Dönəmin təcrübəli böyüklərindən Əbunəsr Mişkan və öncə Mahmud, sonra da Məsudun vəziri olan Əbulhəsən Meyməndi ilə çalışırdı. Məsud dönəminin ən böyük müşavirlərindən olub, səltənət işlərinin idarə edilməsində özü ilə istişaradə olurdu. Bütün bu səltənət siyasətinə yaxın bağlılığı, görüş bildirərək, yazaraq və araçılıq edərək işlərin nəticələnmasına qatqısı, onu siyasətmədar, təcrübəli bir katib və etibarlı bir məktub ustası olaraq kamal dərəcəsinə hazırlamış oldu. Eyni bağlılıq nədəniylə, ölkənin rəsmi bəlgələri və saraya aid kargüzarlıq sənədlərinin və məktubların əlinin altında olması və müəlliminə olan yaxınlığı dolayısıyla ondan eşitdikləri, onun və tarixinin xidmətində olmasına imkan vermişdir. Beyhəqi bunlardan yararlanmışdır. Şərqşünas Kazimirskinin deyişiylə: “Bu sənədlər islami siyasi məktubların ən önəmlilərindən sayılır.” Beyhəqi bu bəlgələr və onların dəyərləri ilə ilgili olaraq: “Xilafət hüzuruna, Türkistan və ətrafdakı məliklərə göndərilən məktubları mən yazıdım; yəni mən Əbülfəzlin xəttiylə gedirdi. Bütün nüsxələrə sahibdim. Qəsdən yox etdilər. Bu bir neçə dəfə təkrarlandı. Əfsus ki, artıq o cənnət bağçaları yerində deyil. Qalsa idi bu tarix onlarla nadir olurdu. Amma Allahın ehsanından ümidsiz deyiləm. Onlar mənə təkrar çatacaq, hər şey yazılmış olacaq və bu böyük sadərətin durumu insanlarca bilinəcəkdir” deyir. Tarixini yazarkən, çox tarixçilər kimi gerçək hadisələrin uzağında deyildi. Yazdıqlarını eşidərək və başqalarından dinləyərək deyil, o hadisələrin içində olduğu üçün bilirdi. Nə tarixi hadisələrin uzağındaydı, nə də o hadisələrin içindəki şəxslərə və hadisələrin qəhrəmanlarına yabançıydı. Hətta onlardan, o dönəmin tragediyasında rolü olanlardan biriydi. Bütün bunlar onun tarixi quru bir şəkildə və hadisələri dəqiq bir şəkildə, canlı bir durumda danışdı. Tarixi hadisələr, onların səbəbləri və nəticələri, onlarda rolu olan şəxslər və ortaya çıxanlarla ilgili görüşləri olduğu kimi yazdı. Başqa bir deyişlə, tam bir incələməylə və hadisələrin canlı gerçək üzünü, həm maddi, həm də mənəvi yönüylə, dönəminin bütün xüsusiyyətləriylə gözlər önünə sərdi. Vəzir, divanbaşı və digər böyüklərin davranışlarını tənqid edirdi. Bu böyüklərin rəiyət üzərindəki basqılarının təsirindən və bu kimi tutumlar qarşısında xalqın yüksələn səsindən qafil deyildi. İslam ensiklopediyasında “Beyhəqi” məqaləsinin müəllifu olan Rus şərqşünası Bartold, onun tarixindən yararlanmış olan ilk şəxsdir. O, bu tarixin bir dövlətin, ya da bir ölkənin tarixi deyil, gerçəkliği aydın ortada olduğundan isbatı gərək olmayan bir bilinən olaraq, bəlkə bir siyasətmədarın birlikdə olduğu sultanların yaşamları və cərəyan edən iç və xarici hadisələr haqqındaki sözləri olduğuna inanır və belə deyir: “Sultan Məsud zamanında Qəznəli sarayının gücünü Səbuk təkin və Mahmudun qurduğu dövlətin hökmdarlarının gedişatını sərgiləyən İslami orta çağ dönəmlərinin tək və nadir bir görüntüsüsdür. (Bartold, “Beyhəqi”, İslam Ansiklopədisi, İstanbul, 1940-86, II, 582-4) Əsl tarixçilik haqqında Beyhəqi belə yazır: “Başqa tarixlərdə beləsinə tul və ərz yoxdur. Yəni bəzi tarixlər eninə boyuna yazılmamış, işin asanına qaçılıb, oxucuya az şey verilmişdir. Mən girişdiyim bu işdə tarixin haqqını tam olaraq vermək istəyirəm. Hər guşəyə və hər nöqtənin ətrafında dönməli, heç bir şey örtülü qalmamalıdır. Əgər bu kitab çox uzanar və oxucu onu oxumaqdan usanırsa, məni israrçı və ayaq dirədən biri olaraq saymamalarını istəyirəm. Heç bir şey yoxdur ki, oxumağa dəyməsin və heç bir hekayə yoxdur ki, sonu bir nüktədən yoxsul olsun.” (Tarix-i Beyhəqi, nəşr: Qəni-Fəyyaz, 11) Onun bu kitabı yazmaqdaki qəsdi, bir padşahın bir şəhəri filan gün fəth etməsi ya da savaşan tərəflər arasındaki hərb ya da sülhdən bir vəcizə, bir parlaqlıq deyildi. Tarixçi Beyhəqi və “Tarix-i Beyhəqi”ni fərqli edən də bu xüsusiyyəti idi.