Bu məqalə Abdul Əliyev məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü.
Əbdül Əliyev | |
---|---|
Əliyev Əbdül Hacıəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Daxadayev rayonu, Dağıstan |
Vəfat tarixi | |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir. 1955-ci ildə Azərbaycan EA-na müxbir üzv seçilmişdir. [1]
Elmi fəaliyyəti Azərbaycanın çöküntü qatlarının petroqrafiyası, korelyasiyası və mezokaynozoy hövzələrinin paleocoğrafiyasının öyrənilməsi məsələlərinə həsr olunmuşdur. O, Azərbaycanın mezokaynozoy hövzələrinin paleocoğrafiyasını dərk etmək üçün çoxlu yeniliklər vermişdir. O, Azərbaycanda ilk dəfə olaraq karbonat süxurların neft və qaz kollektorları kimi xüsusiyyətlərini öyrənməyin zəruri olduğunu əsaslandırmışdır.
100-dən artıq dərc olunmuş əsərin və o cümlədən 10 monoqrafiyanın müəllifidir. Onun bu əsərlərində Azərbaycanın və Dağıstanın istismar və kəşfiyyat sahələrinin mezokaynozoy çöküntülərinin tərkibi və kollektorluq xüsusiyyətlərini xarakterizə edən külli miqdarda faktik material ümumiləşdirilmişdir. Azərbaycanın neft yataqları və litoloji xəritələrini tərtib edənlərdəndir.
Azərbaycanın və Dağıstanın bir çox litoloq-alim kadrlarını hazırlamışdır. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru olmuş və eyni zamanda Geologiya İnstitutunun fasiya və paleocoğrafiya laboratoriyasına rəhbərlik etmişdir.