Əbdül Əlizadə (16 avqust 1932, Bakı – 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur.
Əbdül Əlizadə | |
---|---|
Doğum tarixi | 16 avqust 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 2015 (82 yaşında) |
Mükafatları |
|
Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur.
1957-ci ildə Ə. Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb.
Ə. Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə. K. Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
1975-ci ildə Ə. Əlizadə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Ə. Əlizadənin doktorluq dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə idi. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət — cinsi fərqlər psixologiyası istiqaməti yarandı və uğurla inkişaf etməyə başladı.
1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olunmuşdur. Onun altı müəllifindən üçü respublikanın qocaman psixoloqları (Ə. Zəkuzadə, F. İ. İbrahimbəyov və M. Məhərrəmov), üçü isə istedadlı gənc psixoloqlar (Ş. Ağayev, Ə. Bayramov və Ə. Əlizadə) idi. 1968-ci ildə Ə. Əlizadənin professor Y. Ş. Kərimovla birlikdə yazdığı "İlk addımlar" (məktəbəqədər uşaq müəssisələri üçün), 1986-cı ildə Ə. S. Bayramovla birlikdə yazdığı "Sosial psixologiyanın aktual məsələləri", 1989-cu ildə isə fundamental "Psixologiya" dərsliyi (professor Ə. S. Bayramovla birlikdə) nəşr olundu. Ə. Əlizadə IX və X siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin də həmmüəllifidir. Bu dərslik Azərbaycan və rus dillərində iki dəfə nəşr olunub.
80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn — "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlandı. Yeni fənnin komissiyası yaradılmalı idi. Professor Ə. Əlizadə professor A. Almazovla birlikdə bu önəmli elmi-psixoloji vəzifəni uğurla həll etdilər.
Professor Ə. Əlizadə "Elmi xəbərlər"in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvi kimi də səmərəli fəaliyyət göstərmişdir.
Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə 22 fevral 2015-ci ildə dünyasını dəyişmişdir.