Əbdül Hüseyn Sərdari Qacar (fars. عبدالحسین سرداری; 1914[1], Tehran[2] – 1981[2], Nottinqem[2]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur.[3]
Əbdül Hüseyn Sərdari | |
---|---|
fars. عبدالحسین سرداری | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Nottingem, İngiltərə |
Milliyyəti | iranlı |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Tanınır | Holokostda bir çox yəhudinin həyatını xilas etmək |
Burada yolunu azmış, öz karyerasını, mal-mülkünü təhlükəyə ataraq, həmvətənlərini xilas edən bir müsəlman var… Onun üçün "Mən müsəlmanam, sən isə yəhudi" – bunun heç bir mənası yox idi… F.Muxtari |
İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari Qacar yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi.[3]
Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi.[3]
1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı. İranla müttəfiqlər arasında müqavilə imzalandıqdan sonra Sərdariyə mümkün qədər tez bir zamanda evə dönməyi əmr etdilər. Buna baxmayaraq, o, Parisdə qalmağa qərar verdi və yenə də öz yəhudilərə kömək etməyə davam etdi. Sərdarinin nasist ideoloqları ilə yazışmaları F. Muxtarinin "Aslanın kölgəsində" kitabında öz əksini tapmışdır. O, yazır ki, "fars hökmdarı Kir yəhudiləri Babil əsarətindən xilas edərək İrana gətirir. Bu zaman bir çox iranlı Musanın kitabı ilə tanış olur və bu təlimə yiyələnir. Ancaq bunların yəhudilərlə bir bağlılığı yoxdur və xüsusi qrup olaraq "Djuguten" ("Cuhud") adlanır".[3]
Sərdari ömrünün sonlarını İngiltərədə, diplomat məvacibindən və İrandakı mülkündən məhrum olunmuş şəkildə yaşadı və Nottingemdə ölmüşdür.[3]
O, ölümündən sonra 2004-cü ildə Los-Ancelesdə fəaliyyət göstərən yəhudi təşkilatlarından biri olan Simon Vizental Mərkəzi tərəfindən mükafatla təltif olundu.[3]
"0 dərəcəli N dairəsi" teleserialı qismən də olsa Əbdül Hüseyn Sərdarinin fəaliyyətindən bəhs edir.