Əbdül Xalıqov — Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974).
Əbdül Xalıqov | |
---|---|
Əbdül Süleyman oğlu Xalıqov | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Amur vilayəti, Blaqoveşensk |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Dəfn yeri | Fəxri Xiyaban |
Təhsili | |
Fəaliyyəti | hərbi lider[d] |
Partiyası | |
Mükafatları |
Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir.
1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir.
1953-cü ildə Kirov adına ADU-nun hüquq fakültəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir.
1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
1985-ci ildə təqaüdə çıxmış və ittifaq əhəmiyyətli fərdi pensiyaçı olmuş, xidmət etdiyi dövrdə Lelin ordeni və 2 Qızıl Ulduz medalı ilə təltif edilmişdir. Bununla yanaşı, SSRİ DTK-nın "fəxri əməkdaşı" (1964) və Azərbaycan SSR-in "əməkdar hüquqşünası" (1980) fəxri adları verilmişdir.
Əbdül Xalıqov 1996-cı ilin iyul ayının 30-da Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.