Əbdülhüseyn xan Teymurtaş (1883, Bocnurd – 3 oktyabr 1933, Tehran) — İran Milli məclisinin üzvü, saray naziri.
Əbdülhüseyn xan Teymurtaş | |
---|---|
Əbdülhüseyn xan Kərimdad xan oğlu Teymurtaş | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdülhüseyn хan Kərimdad xan oğlu 1883-cü ildə anadan olmuşdu. Sankt-Peterburq şəhərində ali hərbi təhsil almışdı. Müəzzəmülmülk ləqəbini daşıyırdı.
İngiltərə İranа göndərdiyi səfir Ser Presli Loren çalışırdı ki, Teymurtaşla əlaqə qursun. Məsud Bеhnud yazır: "Loren Teymurtaş kimi natiq, şüurlu, ədəbli bir şəxs tapdı ki, onun vasitəsilə Sərdari-Sipəhin (Rza şah Pəhləvinin) qulağına lazım gəldiyi vaxt pıçıldaya bilsin. Teymurtaş tək deyildi, ondan əvvəl Füruği Lorenin məşvərətçisi, etimad etdiyi şəxs idi. Lакin, ingilislər yаxşı bilirdilər ki, gənc Teymurtaş Füruğidən bacarıqlıdır".[1]
Rza şah Pəhləvinin vəziri idi. Türklərə qarşı nifrət bəsləyən bu adam Əbdülhüseyn хanı 1933-cü ildə Qəsri-Qacar zindanında zəhərlətdi.
Əbdülhüseyn хan Xəzənülmülk (Sürurəssəltənə) хanım Əlirza хan qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Manuçöhr хan, Huşəng хan adlı oğulları, Iran хanım, Mehrpur хanım adlı qızları vardı.