Əbdülhəmid Momənd

Əbdülhəmid Momənd[1] (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba[1] (1660, Pişəvər1732, Pişəvər) — Əfqanıstan puştun şairi.  Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.[2]

Əbdülhəmid Momənd
puşt. حميد مومند
Doğum tarixi 1660
Doğum yeri
Vəfat tarixi 1732
Vəfat yeri
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Əbdülhəmid Momənd // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  2. Әбдүлһәмид Момәнд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1982. С. 127.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]