Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir.
Naci Eldəniz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 1948 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1893-cü ildən |
Rütbəsi | Feriki sani |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir.
1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi.
1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi. Mustafa Kamal Atatürkün müəllimi idi.
1920–1921 illəri arasında Qonaqlar Hərbi Məktəblərində müfəttiş vəzifəsində çalışdı. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmək üçün 25 Avqust 1921-ci ildə Ankaraya gəldi. Burada bir müddət hərbi məktəblərdə müfəttiş vəzifəsində çalışdıqdan sonra, 8 May 1922-ci ildə 7-ci bölmə komandirliyinə təyin edilmiş və Böyük hücum da iştirak etmişdir. O, 31 avqust 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 13 dekabr 1922-ci ildə yenidən bir hərbi məktəbdə müfəttiş oldu. 31 oktyabr 1924-cü ildə 5-ci korpusun komandirliyinə təyin edildi. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəldi və həmin ilin 26 dekabrında Generallar Hərbi Məhkəməsinin üzvü təyin edildi. 24 avqust 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
III dövr (növbədənkənar ara seçkiləri) və IV dövr Osmaniyə ili və V, VI və VII dövrlərdə Seyhanın millət vəkili olmuşdur.