Əbdülqadir Sevən

Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri.

Əbdülqadir Sevən
türk. Abdülkadir Seven
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Selanik, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1911-1956
Rütbə Ordu generalı
Döyüşlər İtaliya-Osmanlı müharibəsi
Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır.

1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir.

1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu. 1952-ci ildə ordu generalı rütbəsinə yüksəldi. Ordu generalı rütbəsi ilə 2-ci ordu komandiri, Quru Qoşunları Komandir köməkçisi və Ali Hərbi Şuranın üzvü seçildi.

Təqaüdə çıxması[redaktə | mənbəni redaktə et]

14 İyul 1956-cı ildə təqaüdə çıxdı. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində, Birinci Dünya müharibəsindəTürkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Orgeneral Abdülkadir Seven (1891 - 1971)". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2018.