Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki ⓘ, translit. Saloniki) ya da Səlanik[3][4][5] (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir.
Saloniki | |
---|---|
Θεσσαλονίκη | |
40°38′25″ şm. e. 22°56′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 315 |
İlk məlumat | IV əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 20 m |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +30 231 |
Poçt indeksi | 530–539, 54015–54655, 56404 |
Nəqliyyat kodu | MM, NA, NB, NE, NH, NI, NK, NM, NN, NO, NP, NT, NY, NX, NZ |
Digər | |
thessaloniki.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Saloniki 1430-cu ildə sultan II Murad tərəfindən fəth edildi. XV əsrdə şəhərə Anadoludan gətirilən çox sayda türk məskunlaşdırıldı. 1492-ci ildə Osmanlılar İspaniyadan qovulan Sefard yəhudilərini qəbul etmək barədə qərar verir və Saloniki yəhudilərin yaşamaq üçün seçdikləri əsas şəhər olur. Saloniki 500 ilə yaxın müddət ərzində Osmanlı şəhəri olaraq qalır və xristian, yəhudi, müsəlman icmaların birlikdə uyğunlaşma içində yaşadığı əhəmiyyətli bir mədəni və iqtisadi mərkəzi halına gəlir.
XVII əsrdə Sabetay Sevi tərəfindən başlayan Sabetayizm hərəkatı Salonikidəki yəhudilər arasında böyük rəğbət qazandı. Sabetay Sevinin ardınca İslamı qəbul edən yəhudilər Salonikidə Osmanlı Dövlətinin yeniləşmə səylərinə böyük xidmət göstərdilər.
Gənc türklər hərəkatı da əsasən Salonikidə təşəkkül tapmışdı. Osmanlı sultanı II Əbdülhəmid taxtdan salındıqdan sonra 1909-cu ildə Salonikiyə sürgünə göndərildi. Lakin 3 il sonra şəhər yunanların əlinə keçdikdə İstanbula geri qaytarılmaq məcburiyyətində qaldı.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Saloniki şəhərinin etnik tərkibi:
il | Cəmi əhali | Yəhudilər | Türklər | Yunanlar | Bolqarlar | Romanlar | Digər qruplar |
---|---|---|---|---|---|---|---|
1890[6] | 118.000 | 55.000 | 26.000 | 16.000 | 10.000 | 2.500 | 8.500 |
1913[7] | 157.889 | 61.439 | 45.889 | 39.956 | 6.263 | 2.721 | 1.621 |
1912-ci ildə Balkan müharibələrindən sonra şəhər Yunanıstanın nəzarətinə keçdi. Osmanlı orduları şəhəri yunanlara döyüşsüz, lakin şəhərdəki türklərin təhlükəsizliyinin təmin edilməsi şərti ilə təhvil verdilər. Osmanlı ordusunun Salonikidə olan qüvvələri də silahlarını yunan birliklərinə təslim etdilər. Ancaq yunan əsgərləri şəhəri ələ keçirdikləri günün gecəsi şəhərdə yaşayan xeyli sayda türkü, aralarında Osmanlı əsgərləri də olmaqla qətl etdilər. Şəhərin simvolu olan Osmanlıların tikdiyi Ağ qüllə simvolik xristianlaşdırma əməliyyatından keçərək ağ rəngdə boyandı. O gündən bəri Ağ qüllə adıyla xatırlanan bu tikilinin ağ boyası zamanla aşınaraq yenidən əvvəlki rəngini qaytardı.
1917-ci ildə baş verən yanğın şəhərin türk bölgəsini demək olar ki, tamamilə məhv etdi. 1924-cü il əhali mübadiləsi nəticəsində şəhərdə qalan bütün türklər Türkiyəyə köç etmək məcburiyyətində qaldılar və Anadoludan gələn yunan immiqrantlar gedən türklərin yerini tutdular. Qısa müddət ərzində şəhərin əhali tərkibi tamamilə dəyişdi. Yunanlar Salonikidə azlıqdaykən qısa bir müddətdə əzici bir əksəriyyət halına gəldilər. Beləcə Salonikinin osmanlı-türk mədəniyyətində oynadığı rol başa çatmış oldu. Atatürk 10-cu il nitqində "Kaş ki, Salonikini də milli sərhədlərimiz içərisinə ala bilsəydik" deyərək şəhərin türklər üçün əhəmiyyətini vurğulamışdır.
Qısa bir müddət ərzində məscidlərin minarələri yıxıldı. Bəzi məscid və sinaqoqlar kilsəyə çevrildi. Köhnə Osmanlı evləri baxımsızlıqdan yox oldu. Şəhərin keçmişiylə əlaqəsi kəsilərək, Avropa şəhəri halına gətirildi.
İkinci dünya müharibəsində bütün Sefarad yəhudi icması (50 000 nəfər) alman işğalçıları tərəfindən toplama düşərgələrinə göndərilib öldürüldü. Beləcə, Osmanlıdan qalma son köklü icma da yox edilmiş oldu.
Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.
İskəndəriyyə (Misir), 1993 | ||
Bolonya (İtaliya), 1984 | ||
Bratislava (Slovakiya), 1986 | ||
Köln (Almaniya), 1988 |
Nitsa (Fransa), 1992 Təl-Əviv (İsrail), 1994