Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (XIV əsr, Bakı – XV əsr, Qahirə) - XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi.
Əbdürrəşid Bakuvi | |
---|---|
ərəb. عبد الرشيد بن صالح بن نوري الباكوي | |
Doğum tarixi | XIV əsr |
Doğum yeri | |
Vəfat tarixi | XV əsr |
Vəfat yeri |
Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki,
"Bakı,mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü."
Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub.
Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Onun "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" adlı əsəri Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |