Əbdürrəhim Heyit

Əbdürrəhim Heyit — uyğur aşıq.

Əbdürrəhim Heyit
Ümumi məlumatlar
Doğum tarixi 1 iyun 1962(1962-06-01) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı Çin ÇXR
Musiqiçi məlumatları
Fəaliyyəti aşıq
Musiqi aləti dütar

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdürrəhim Heyitin soyadı ərəb dilindəki "ayt" (bayram) kəliməsindəndir. Bir müddət Çin Dövlət Konservatoriyasında dütar müəllimi işləmişdir. Çin hökuməti tərəfindən 2017-ci ildə həbs olunmuşdur. "Uçraşkanda" ("Qarşılaşınca") və "Atilar" ("Atalar") mahnılarına görə 8 il həbsə məhkum edilmişdir. Çin həbs düşərgəsində saxlanılmış və işgəncələrə məruz qalmışdır. Bu işgəncələrə dözməyərək 2019-cu ildə həbs düşərgəsində vəfat etdiyi iddia olunmuşdur.[1] Amma həmin il fevralın 10-nu Çin dövlət KİV-ləri Heyitə bənzər birinin videosunu yayımlamışlar. Videoda danışan şəxs səhhətinin yaxşı olduğunu və milli qanunların pozulması ilə bağlı araşdırma mərhələsində olduğunu demişdir. İnsan hüquqları ilə bağlı uyğur layihəsi videonun həqiqətəuyğunluğunu şübhə altına almışdır[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Uygur Türklerinin dünyaca ünlü ozanı Abdurehim Heyit şehit edildi". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
  2. «Китайское видео Abdurehim Heyit» опровергает смерть уйгурского музыканта ", BBC News , 10 февраля 2019 года Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine . Получено 10 февраля 2019 г.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]