Əbdürrəhman Nafiz Gürman (türk. Abdurrahman Nafiz Gürman; 1882, Bodrum, Muğla ili – 6 fevral 1966, İstanbul) — Türk əsgər və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 5-ci Qərargahının rəisi idi.[1]
Əbdürrəhman Nafiz Gürman | |
---|---|
türk. Abdurrahman Nafiz Gürman | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bodrum |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1903-1950 |
Rütbəsi | Ordu generalı |
Döyüşlər |
İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
1903-cü ildə Hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Eyni ildə daxil olduğu Hərbi Akademiyanı 1906-cı ildə bitirərək Qərargah komandiri oldu. Müxtəlif bölüylərdə Birlik komandiri, Tabur komandiri və Qərargah komandiri kimi vəzifələri yerinə yetirdi. Afrika Qruplarının Qərargah komandiri olduğu vaxtlarda 8 mart 1919-cu il — 8 oktyabr 1919-cu illər arasında fransız və italyanlar tərəfindən əsir alındı. Əsirlikdən azad olduqdan sonra Əskişəhər Cəbhə Komandirliyi və 1-ci korpusun qərargah rəisi vəzifələrinin ardından 8 fevral 1921-ci ildə Anadoluya döndü. Müxtəlif qərargahlarda və bölüklərdə xidmət etmişdir.
1926-cı ildə general-mayor rütbəsinə yüksəldi. 1930-cu ildə general-leytenant rütbəsinə yüksəldi. 1937-ci ildə Tkarya Manevrlərinə qoşuldu. 1940-cı ildə ordu generalı təyin edildi. General-mayor rütbəsi ilə 6-cı korpusun komandiri, general-leytenant rütbəsi ilə 9-cu korpusun komandiri, 4-cü korpusun komandiri və 2-ci ordu komandir köməkçisi, ordu generalı rütbəsi ilə 2-ci ordu komandiri Ali Hərbi Şuranın üzvü olmuşdur. 8 iyun 1949-cu ildə Baş qərargah rəhbəri vəzifəsinə təyin edildi, lakin daha sonra isə, o dövrdə baş nazir vəzifəsini icra edən Adnan Menderes tərəfindən 1950-ci il iyunun 6-da 15 general və 150 polkovnik ilə dövlət çevrilişinə cəhd iddiası ilə vəzifədən uzaqlaşdırıldı və Ali Hərbi Şuranın üzvü təyin edildi. 6 iyul 1950-ci ildə Ali Hərbi Şuranın üzvlüyündən təqaüdə çıxdı.
6 yanvar 1961 və 15 oktyabr 1961 tarixləri arasında Qurucu Məclisin sədrinin nümayəndəsi idi. Hal-hazırda Samatya, İstanbulun Fatih Güngörən və İzmirin Bayraqlı qəsəbələrində bir məhəllə və Bodrum Cümhuriyyət Məhəlləsində bir küçə onun adını daşıyır. İstanbuldakı məhəllə xalq arasında daha çox Mərtər adıyla tanınır.