Əbdürrəhman Tənburi Səmərqəndi (tac. Абдурраҳмони Танбӯрии Самарқандӣ) — tacik müğənnisi. Şaşmakom istiqamətində fəaliyyət göstərmişdir.
Əbdürrəhman Tənburi Səmərqəndi | |
---|---|
tac. Абдурраҳмони Танбӯрии Самарқандӣ | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1850 |
Doğum yeri | |
Vəfat tarixi | 1898 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
1850-ci ildə Səmərqənddə anadan olmuşdur. Güman edilir ki, 1898-ci və ya 1900-cü ildə orada vəfat etmişdir.
1896-cı il tarixli "Risaləyi-Şaşmakom" risaləsində Əbdürrəhman Tənburi Səmərqəndi haqqında məlumat verilmişdir. Səmərqəndi orada musiqi alətlərində ifa etməyi bilən, musiqi təhsilini Buxarada bitirmiş müğənni kimi göstərilir. Müəllimləri Əhməd Doniş və Kəramət Dilkəş Tənburi idi. O, daha çox şaşmakom janrında mahnılar ifa edir, mahnılarına musiqi bəstələyir, tanınmış şairlərin müxtəlif qəzəllərini oxuyur, bəzi mahnılarını isə öz qəzəlləri əsasında yazırdı.[1][2]