Şaşmakom

Şaşmakom[1][2] (özb. shashmaqom, tac. шашмақом, fars. شش‌مقام‎) — Mərkəzi Asiyada yaranmış, indiki TacikistanÖzbəkistan ərazisində inkişaf etmiş vokal-instrumental məqam musiqisi növü. Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Şaşmakom
UNESCO-nun Qeyri-maddi Mədəni İrsi
Ölkə Tacikistan və Özbəkistan
Daxil edilməsi 2008 (III sessiya)

Şaşmakom islamdan əvvəlki dövrdə saray musiqisi kimi meydana çıxmışdır. Onun indiki halı IX–X əsrlərdə bir çox musiqi məktəbi təşkil edən Buxara sakinləri, əsasən də Buxara yəhudiləri tərəfindən formalaşdırılmışdır.[3][4][5] XVI əsrin sonunda şəhər Buxara xanlığının paytaxtı olmuş və bu janrın yüksəlişinə gətirib çıxarmışdır. Bu dövr şaşmakom üçün klassik hesab edilir.[3][6] Şaşmakom həm tacik, həm də özbək dillərində, həm müsəlmanlar, həm də yəhudilər tərəfindən ifa edilirdi.[7] Buxara yəhudiləri XX əsrin əvvəllərinə qədər şaşmakomun əsas daşıyıcıları olaraq qalmışdılar.[7]

  1. ЮНЕСКО. UNESCO World Report: Investing in Cultural Diversity and Intercultural Dialogue. ЮНЕСКО. 2009. 315. ISBN 9789234040778.
  2. Шашмаком // Музыкальный энциклопедический словарь. Советская Энциклопедия. 1990. 633. ISBN 5-85270-033-9.
  3. 1 2 Broughton, 2000
  4. Britannica
  5. UNESCO
  6. Allworth, 1994
  7. 1 2 Stanton, 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]