Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci (ərəb. عبد الرحمن بن عبد رب الأنصاری الخزرجی) — Kərbəla döyüşündə şəhid olan peyğəmbərin və Əlinin səhabələrindən biri.
Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci | |
---|---|
عبد الله بن عقیل | |
Vəfat tarixi | |
Vəfat yeri | Kərbəla, İraq |
Vəfat səbəbi | Kərbəla döyüşündə şəhid |
Milliyyəti | ərəb |
Dini | İslam |
Əbdürrəhman Qədir-Xum gününə şahid olan və Qədir-Xum hədisini nəql edən Peyğəmbərin səhabələrindən idi.[1] Əli ibn Əbu Talib ər-Ruhbə günü Qədir gününə şahid olan səhabələrdən Peyğəmbərin canişinliyi haqqında şəhadət vermələrini istədi. Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari kimi səhabələrdən bəziləri ayağa qalxıb dedilər: “Biz şəhadət veririk ki, biz Peyğəmbərin belə dediyini eşitmişik: “Diqqət edin ki, Uca və Cəlal Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam. Diqqət et ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
Bəzi mənbələrə görə, Əbdürrəhman Məkkədən Hüseyn ibn Əlinin karvanına qoşulmuşdur.[1] Rəvayət edilir ki, Tasua günü Büreyr ibn Xudeyr əl-Həmdani Əbdürrəhmanla zarafatlaşırdı. Əbdürrəhman ona dedi: “İndi zarafat vaxtı deyil”. Büreyr cavab verdi: "Ey qardaş! Qohumlarım bilir ki, mən cavan vaxtımda zarafatcıl deyildim, qocalıqda da belə olmayacağam. Amma bilirəm ki, nə ilə qarşılaşacağıq. Allaha and olsun ki, iri gözlü hurilərlə aramızdakı məsafə bu insanların qılıncla bizə hücumudur və indi olmağı nə qədər sevirəm.”[3]
Ömər ibn Səd ordusunun ilk hücumu zamanı şəhid oldu.[1]