Əbdüssəməd mirzə Salur

Əbdüssəməd mirzə Məhəmməd şah oğlu Salur (1843, Tehran1929, Tehran) — Qacar şahzadəsi, əyalət valisi.

Əbdüssəməd mirzə Salur
Əbdüssəməd mirzə Məhəmməd şah oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Atası Məhəmməd şah Qacar
Anası Məlikcahan xanım
Milliyyəti türk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd şahın onbirinci oğlu Əbdüssəməd mirzə 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Anası Oğulbikə xanımdır. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Əzddövlə ləqəbi daşıyırdı.

Əbdüssəməd mirzə 1874-cü ildən 1876-cı ilə qədər Həmədanın valisi olmuşdu. Dəfələrlə İranın ədliyyə və ticarət vəziri vəzifəsini həyata keçirmişdi. 1881-ci ildə Rusiyanın çarı III Aleksandrın tacgüzarlığında iştirak etmək üçün gedən heyətə başçılıq etmişdi. 1901-ci ildə Zəncan əyalətinin valisi olmuşdu.

Əbdüsəməd mirzə 1929-cu ildə vəfat edib.

Əbdüssəməd mirzənin törəmələri Salur soyadını daşıyırdılar. Əbdüssəməd mirzə Əliqulu mirzə Etizadəssəltənənin qızı Tacmah xanımla ailə qurmuşdu. Hüseynqulu mirzə, Qəhrəman mirzə, Firudin mirzə adlı oğulları vardı.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Genealogy of Saloor family
  • Maryam Saloor, Iranian Potter, Ceramist and Sculptor, descendant of Ezz ed-Dowleh [1]
  • Nader Ardalan, Iranian architect, descendant of Ezz ed-Dowleh [2]