Əbrəc Əlbeyt Qüllələri

Əbrəc Əlbeyt QüllələriSəudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir.[2]

Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri
Xəritə
21°25′08″ şm. e. 39°49′35″ ş. u.HGYO
Ölkə
Yerləşir Məkkə, Səudiyyə Ərəbistanı
Tikilmə tarixi 2004-2012
Mərtəbə sayı 120[1]
Mərtəbə sahəsi
  • 1.500.000 m²
Memar Devid Nan
Memarlıq quruluşu Postmodern memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır.[3] Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd. dollar xərclənmişdir.[4] Binanın ümumi tutumu 65 000 nəfərdir. Həmçinin, binada 4000 nəfərlik məscid də fəaliyyət göstərir. Saat qülləsinin dörd tərəfli saatının diametri 46 m olan hər bir tərəfi qızıl suyuna salınmış keramik lövhədən ibarətdir.[5] Dünyanın ən hündür ikinci binası olan Əbrəc Əlbeyt Qüllələrinin Məscidül-Hərama baxan tərəfində ərəbcə yazılmış "Allahın adı ilə" kəlməsi iki milyon ədəd LED lampası ilə işıqlandırılır.

  1. http://www.skyscrapercenter.com/mecca/makkah-royal-clock-tower-hotel/84/.
  2. "Clock tower museum in Makkah thrown open to visitors". Saudigazette (ingilis). 11 May 2019. 5 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2019.
  3. Bsheer, Rosie. "How Saudi Arabia obliterated its rich cultural history". Middle East Eye (ingilis). 20 December 2020. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  4. - Abraj Al Bait Arxiv surəti 11 iyul 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 iyul 2016 at the Wayback Machine Abraj Al Bait Towers, Mecca, Saudi Arabia
  5. "Makkah Clock Royal Tower, A Fairmont Hotel - The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat. 28 March 2014 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]