Əbu-Səfa

Əbu-Səfa (ərəb. حقل أبو سعفة‎) — Səudiyyə ƏrəbistanıBəhreyndə neft yatağı. İran körfəzi sularında,[1] Rəs-Tənnurə limanından 50 kilometr (31 mil) şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır.[2] 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir. 2004-cü ildə Əbu-Səfa gündəlik 300,000 barrel neft çıxarmağa başlamışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "المنامة: 149 ألف برميل يوميا معدل إنتاج حقل أبو سعفة المشترك مع السعودية". Asharq Al-Awsat. August 9, 2009. 10 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2021.
  2. "حقائق وأرقام عن معامل الإنتاج في القطيف". Al Yaum. December 26, 2004. 29 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2021.
  3. Al-Anzi, Aqeel. "سيتم تقاسم إنتاجه بين المملكة والبحرين حقل أبو سعفة يصل إلى كامل طاقته الإنتاجية الجديدة من الزيت العربي المتوسط". Al Riyadh. December 19, 2004. 29 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2021.