Əbu Həmzə Qureyşi

Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022[1], Atme[d]) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir.

Əbu Həmzə Qureyşi
ərəb. أبو حمزة القرشي
Şəxsi məlumatlar
Vəfat tarixi 3 fevral 2022(2022-02-03)[1]
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dini islam
Hərbi xidmət
Döyüşlər

Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır.[2] O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Islamic State names new leader, confirming US raid killed predecessor (ing.). // The Guardian UK: GMG, 2022. ed. size: 107899 ISSN 0261-3077
  2. "Почему вокруг нового лидера ИГ много мистики" (rus). NEWS.ru. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  3. "Новое руководство ИГИЛ: «Америка, не радуйся убийству...»" (rus). haqqin.az. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.