Əbu Kalicar

İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı.

Əbu Kalicar
Şəxsi məlumatlar
Doğum tarixi 1010
Doğum yeri
Vəfat tarixi oktyabr 1048
Vəfat yeri
Ailəsi Buveyhilər sülaləsi
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər.

Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar. Əlaüddövlə özü şəhərdə idi. Büveyhoğullarından Fəna Xosrov Məcdüddövlə və deyləmi əmirlərindən Savə hakimi Kamruyə də oğuzlara qoşuldu. Ağır bir vəziyyətə düşdüyünü görən Əlaüddövlə gecə ikən Reydən çıxaraq İsfahana getdi. Bunu eşidən oğuzlar Reyə gedib oranı görülməmiş dərəcədə yağma etdilər. Yağmadan sonra bəzi məhəllələrdə 50-yə qədər adam qalmışdı. Rey şəhəri Qızılın hakimiyyətinə keçdi.

Oğuzların bir dəstəsi Kərəc tərəflərini talan etdi, Anasıoğlu isə Qəzvinə getdi. Qəzvinlilər əvvəlcə onunla vuruşsalar da, sonra 7 min altun verərək, onun hakimiyyətini qəbul etmək şərtilə sülh bağladılar.

Əbu Kalicar 1048-ci ildə öldü.